Azərbaycanlı kreatorlara öz izləyicilərindən sadə, sürətli və şəffaf şəkildə dəstək almağa imkan verən platforma.
Azərbaycanda yaradıcı iqtisadiyyatını inkişaf etdirmək. Hər bir bloger, yazıçı, müəllim və ya YouTuber öz əməyinin dəyərini birbaşa izləyicilərindən qazanmalıdır. Biz bu əlaqəni — bu körpünü qururuq.
Azərbaycanda yaradıcılar üçün əsas problem monetizasiyadır. YouTube, Instagram və TikTok kimi platformalar gəlir əldə etmək üçün yüksək izləyici sayı tələb edir. Halbuki, kiçik auditoriyaya sahib olsa da, dəyərli məzmun yaradan minlərlə insan var — və onlar bu imkanlardan məhrum qalır.
birkofe.az məhz bu boşluğu doldurmaq üçün yaradılıb. İstər 100 izləyiciniz olsun, istər 100.000 — fərqi yoxdur. Əgər izləyiciləriniz işinizə dəyər verirsə, sizə bir “qəhvə” göndərə bilərlər ☕.
Dəqiqələr içində hesab yarat, profilini tamamla, IBAN-ını əlavə et.
birkofe.az/sənin-adin linkini sosial şəbəkələrdə paylaş.
İzləyicilərin sənə "qəhvə" göndərir — ödəniş birbaşa cari hesabına gedir.
İzləyicilərin göndərdikləri sinvolik qəhvələr cari hesabda toplanır və Bankdan aldığın İBAN hesabından ədə edə bilirsən.
İzləyicilərdən gələn vəsait birbşa İBAN hesabına köşür və birkofe.az platformasında vəsait heç vaxt sistemdə saxlanılmır. Hər ödəniş Bank vasitəsilə avtomatik bölüşdürülür:
Kartla təhlükəsiz ödəniş
Avtomatik “split payment” sistemi
1 iş günündə hesaba köçür
Platformanın inkişafı və movcutluğu üçün
Kart məlumatları saxlanılmır. Bütün ödənişlər beynəlxalq təhlükəsizlik standartlarına uyğundur və SSL ilə qorunur..
Xidmət haqqı açıqdır — cəmi 1%. Gizli ödənişlər yoxdur.
Ödənişlər anında həyata keçirilir. Minimum limit və gözləmə yoxdur..
Sistem Azərbaycan yaradıcıları üçün nəzərdə tutulub. Yerli bank, AZN valyutası və Azərbaycan dili dəstəyi.
birkofe.az bütün yaradıcılar üçündür:
Qeydiyyat pulsuzdur. Dəqiqələr içində səhifəniz hazır olur.
Pulsuz başla →